Qəzzada humanitar faciə: Can itkisi 30 mini keçdi!
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı ən az 30 min 35-ə, yaralıların sayı isə 70 min 457-yə yüksəlib.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İsrailin son 24 saat ərzində həyata keçirdiyi 9 hücumda 81 nəfər ölüb, 132 nəfər yaralanıb.
Açıqlamada, Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayının 30 min 35-ə, yaralıların sayının isə 70 min 457-yə yüksəldiyi bildirilib.
Səid,
Sitat.info