BMT sülhməramlıları Ukraynaya göndərilir

BMT sülhməramlıları Ukraynaya göndərilir
SİYASƏT 31 Yanvar 2022 00:59

Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel Ukraynanın şərqinə BMT-nin sülhməramlı missiyasının göndərilməsini təklif edib.

O, “Bild” nəşrinə müsahibəsində bunun barışığa nəzarət etmək və zorakılığın qarşısını almaq üçün zəruri olduğunu bildirib.

Qabrielin sözlərinə görə, zərurət yaranarsa, sülhməramlılar “silahların köməyi ilə öz məqsədlərinə nail ola bilərlər”, - ifadəsini işlədib.

Keçmiş diplomat əlavə edib ki, hazırda ABŞ, NATO və Avropanın səyləri “qitənin mərkəzində müharibənin qarşısını almağa” yönəlib.//Oxu.az