Bayden Buça qətliamını soyqırım adlandırdı

Bayden Buça qətliamını soyqırım adlandırdı
Dünya 13 Aprel 2022 11:03

Co Bayden ilk dəfə olaraq Buçada baş verənlərlə bağlı “soyqırım” ifadəsini işlədib.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Ayova ştatında çıxışı zamanı danışıb. Bayden Vladimir Putinin Ukraynada soyqırım həyata keçirdiyini vurğulayıb.

Qeyd edək ki, prezident bundan öncə Buça haqqında çıxışı zamanı törədilən qətllər haqqında “müharibə cinayətləri” ifadəsindən istifadə etmişdi.