Xocalıda kütləvi məzarlıq aşkarlanıb

Xocalıda kütləvi məzarlıq aşkarlanıb
Gündəm 23 Fevral 2024 14:13

Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.

Sitat.info xəbər verir ki, rayon ərazisində su-kanalizasiya sisteminin çəkilməsi zamanı insan meyitlərinin qalıqları tapılıb.

Məzarlıqda insan sümükləri və müxtəlif geyim əşyaları aşkarlanıb.

Qalıqların çoxunun uşaqlara və qadınlara aid olduğu ehtimal edilir.