Suriyanın Bab bölgəsi yüz minlərlə dinc insanın evinə çevrilib

Suriyanın Bab bölgəsi yüz minlərlə dinc insanın evinə çevrilib
Dünya 22 Fevral 2024 14:46

Suriyanın 7 il əvvəl Fərat Qalxanı əməliyyatı ilə terrordan təmizlənən Bab bölgəsi terror təşkilatı PKK/YPG-nin hücumlarına baxmayaraq, təxminən 400 min dinc sakin üçün təhlükəsiz sığınacaq oldu.

Sitat.info xəbər verir ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq Suriyanın şimalında mövcud terrorçuları zərərsizləşdirmək üçün başladılan Fərat Qalxanı əməliyyatı çərçivəsində Bab rayon mərkəzi terrordan mühafizə olunub.

24 avqust 2016-cı ildə başlayan əməliyyatın 6-cı ayında DEAŞ-dan azad edilən Bab rayon mərkəzində Türkiyənin dəstəyi ilə terrorun izləri silinib.

Kənan

Sitat.info