Belçika: İsrail Fələstinin demoqrafik strukturunu dəyişir

Belçika: İsrail Fələstinin demoqrafik strukturunu dəyişir
Dünya 20 Fevral 2024 18:27

Belçika İsrailin işğal etdiyi Fələstin ərazilərində qeyri-qanuni yəhudi məskənləri ilə demoqrafik quruluşu dəyişməyə çalışdığını bildirib.

Sitat.info xəbər verir ki, Hollandiyanın inzibati paytaxtı Haaqadakı Sülh Sarayında fəaliyyətlərini davam etdirən Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailin işğal olunmuş Fələstin torpaqlarında tətbiq etdiyi fəaliyyətlərin hüquqi nəticələri ilə bağlı dinləmələr ikinci günündə də davam edir.

İclasda Belçika adından çıxış edən Xarici İşlər Nazirliyinin Hüquq Məsələləri üzrə Baş Direktoru Piet Heirbaut bildirib ki, Məhkəmə İsrailin 2004-cü ildə Fələstin torpaqlarını zorla ələ keçirməsinin qeyri-qanuni olduğunu təsdiqləyib.

"İşğal nə qədər uzun sürərsə, işğalçı dövlətin öhdəlikləri bir o qədər geniş şəkildə şərh edilməlidir", - Heyrbaut bildirib.

Seymur Bənnayev

Sitat.info