Sərhəddə gözləyən yük maşınlarının sayı açıqlandı

Sərhəddə gözləyən yük maşınlarının sayı açıqlandı
Gündəm 16 Fevral 2024 12:26

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 355 avtomobil gözləyir.

Bu barədə Sitat.info-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, "Samur" gömrük postunda 36, "Mazımqara" gömrük postunda 17, "Astara" gömrük postunda 140, "Biləsuvar" gömrük postunda 70, “Xanoba” gömrük postunda isə 2 yük maşını var.