Fidan Darçiaşvili ilə Qafqazı müzakirə etdi

Fidan Darçiaşvili ilə Qafqazı müzakirə etdi
Gündəm 15 Fevral 2024 17:48

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib.

Sitat.info xəbər verir ki, bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib.

“Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, - o söyləyib.