Paşinyan Qriqoryanı İrana göndərir

Paşinyan Qriqoryanı İrana göndərir
Dünya 12 Fevral 2024 15:03

Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti hökumətlərarası komissiyanın birgə iclasında iştirak etmək üçün İrana gedəcək.

Sitat.info xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Nikol Paşinyan imzalayıb.

Ermənistan nümayəndə heyəti fevralın 13-15-də Tehranda olacaq.