Maşın ağaca çırpıldı: 5 yaşlı uşaq öldü

Maşın ağaca çırpıldı: 5 yaşlı uşaq öldü
HADİSƏ 02 Fevral 2024 09:45

Yavər Həsənovun idarə etdiyi VAZ-21061 markalı avtomobillə Yevlax şəhəri ərazisində Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yolun sağ kənarında olan səkinin üzərindəki ağaca çırpılıb.

Sitat.info xəbər verir ki, nəticədə həmin avtomobildə olan sürücünün övladı-2019-cu il təvəllüdlü M.H aldığı bədən xəsarətlərindən Yevlax rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Yevlax Raton Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.