BMT kəşfiyyat qrupunun Qəzzanın şimalında araşdırma apardığını açıqlayıb

BMT kəşfiyyat qrupunun Qəzzanın şimalında araşdırma apardığını açıqlayıb
Dünya 01 Fevral 2024 23:25

Birləşmiş Millətlər Təşkilatı (BMT) kəşfiyyat missiyasının dünən və bu gün Qəzzanın şimalında təhlükəsizlik və logistika vəziyyəti ilə bağlı araşdırma apardığını bildirib.

Sitat.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

BMT-nin kəşfiyyat missiyasının əsas məqsədinin sahədəki vəziyyəti müəyyən etmək olduğunu bildirən Düjarrik gələcəkdə yardımların necə formalaşdırılacağına bu çərçivədə qərar verəcəklərini bildirib.

Kənan

Sitat.info