Azərsığorta ASC buna görə ləğv olundu

Azərsığorta ASC buna görə ləğv olundu
Gündəm 01 Fevral 2024 16:15

Azərsığorta ASC-nin ləğvi bazar prinsiplərinə uyğun olaraq həyata keçirilib.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Azərsığorta ASC-nin ləğv olunmasının səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, bu ləğvolunmanı tamamilə düzgün addım sayır:

“Azərbaycanda kifayət qədər normal fəaliyyət göstərən özəl sığorta agentlikləri var. Sığorta sahəsində də rəqabət çox güclüdür və dövlət şirkətinin ləğvi tam doğru addımdır”.