Nasser xəstəxanasındakı 3600 fələstinli İsrailin hədəfindədir
Qəzza Səhiyyə Nazirliyi, İsrail qüvvələrinin Qəzzanın cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasını iki həftədir mühasirəyə aldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra verdiyi yazılı açıqlamada xəstəxanada 150 tibb işçisi, 450 yaralı və 3 min köçkünün "İsrailin hədəf dairəsində" olduğunu bildirib və əlavə edib: "İsrail işğalı ikinci həftədə də Nasser xəstəxanasının mühasirəsini davam etdirir. Yanacaq çatışmazlığı səbəbindən xəstəxanadakı generatorlar iki gündən sonra dayanacaq".
Seymur Bənnayev
Sitat.info