ABŞ: Qəzzada humanitar fasilələri dəstəkləyirik, lakin...

ABŞ: Qəzzada humanitar fasilələri dəstəkləyirik, lakin...
Dünya 24 Yanvar 2024 16:04

ABŞ administrasiyası İsrailin Xan Yunisə hücumlarının artdığı bir vaxtda Qəzzada ümumi atəşkəsi dəstəkləmədiyini, yalnız məhbusların çıxarılması və bölgəyə yardımların çatdırılması üçün “humanitar fasilələri” dəstəklədiyini bəyan edib.

Sitat.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat brifinqində Qəzzada son vəziyyəti və İsrailin hücumlarını dəyərləndirib.

Kirbi, jurnalistlərin İsrailin Qəzzada artan hücumları ilə bağlı suallarını “Bu məsələ İsrail rəhbərliyinin hərbi planıdır” deyərək rədd edib. ABŞ rəhbərliyi olaraq İsrailin HƏMAS-ı məhv etmək yanaşmasını dəstəklədiklərini, lakin Fələstinli mülki vətəndaşların da qorunması lazım olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info