İmran Xanın yerinə bu şəxs keçə bilər

İmran Xanın yerinə bu şəxs keçə bilər
Gündəm 10 Aprel 2022 20:04

Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif Pakistanın baş naziri ola bilər.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi yazır.

“Media ölkənin baş naziri postuna Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərifin keçə biləcəyini yazır”, - deyə bildirilib.

Qeyd edək ki, ötən gün Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. 174 deputatın səsini almağa nail olan müxalifət İmran Xana etimadsızlığı təsdiqlədib.