Papikyan ABŞ səfiri ilə “işçi nahar” etdi

Papikyan ABŞ səfiri ilə “işçi nahar” etdi
Dünya 19 Yanvar 2024 13:45

Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə qarşılıqlı əlaqəni müzakirə edib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 18-də ABŞ səfirinin dəvəti ilə Papikyan onunla işçi nahar edib:

“Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər”.