Rusiya Xarkovu raketlərlə hədəfə alıb: 17 nəfər yaralanıb
Rusiyanın Ukraynanın Xarkov şəhərində yaşayış məntəqəsinə raket hücumu nəticəsində 17 nəfər yaralanıb.
Xəsarət alan 2 qadının vəziyyətinin ağır olduğunu deyən S.Sinequbov xəstəxanada 12 nəfərin müalicəsinin davam etdiyini bildirib.
Hücum nəticəsində bölgədə ən azı 10 evə ziyan dəysə də, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada raketlərdən birinin əvvəllər tibb mərkəzinin yerləşdiyi 3 mərtəbəli binaya düşdüyü bildirilib. Xarkov polis rəisi Volodimir Timoşko bildirib ki, digər raket bölgədəki magistral yola düşüb.
Ən azı 2 binada baş verən yanğın, yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.
Xarkov meri İqor Terexov açıqlamasında bildirib ki, raketlərin hədəfə alındığı yerdə hərbi obyektlər yoxdur, lakin yaşayış yerləri var.
Ötən həftə Rusiyanın intensiv hücumlarının hədəfi olan Xarkov şəhərində bir otelə S-300 raketləri ilə hücumda 11 nəfər yaralanmışdı.
Məğrur,
Sitat.info