Mixalko Binəqədidə ölənlərin ailələrinə başsağlığı verdi

Mixalko Binəqədidə ölənlərin ailələrinə başsağlığı verdi
Gündəm 15 Yanvar 2024 15:36

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Binəqədidə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Sitat.info xəbər verir ki, səfir bu barədə öz X hesabında paylaşım edib.

“Bakının Binəqədi rayonunda sexdə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirik. Allah rəhmət eləsin!” – P.Mixalko paylaşımda bildirib.