Qazaxıstanda qar fırtınası: Nəqliyyat iflic olub

Qazaxıstanda qar fırtınası: Nəqliyyat iflic olub
Dünya 10 Yanvar 2024 18:14

Qazaxıstanın paytaxtı Astanada güclü qar fırtınası səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.

Sitat.info xəbər verir ki, gün ərzində yağan qar Astanada həyata mənfi təsir edib.

Güclü qar fırtınası səbəbindən piyadalar da sürücülər də çətinlik çəkib. Sürücülərin görmə qabiliyyətinin azalması səbəbindən nəqliyyatda irəliləməsi ləngiyib.

Şəhərdə qar təmizləmə işləri davam edir.

Kənan

Sitat.info