Tehranda yaşayış binası uçdu: ölən və yaralananlar var

Tehranda yaşayış binası uçdu: ölən və yaralananlar var
Dünya 08 Yanvar 2024 14:20

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

Sitat.info xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.

Hadisə nəticəsində 1 nəfərin ölüb, 2 nəfər yaralanıb.

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.