Ukrayna Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu bombalayıb

Ukrayna Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu bombalayıb
Dünya 07 Yanvar 2024 12:20

Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu dağıdıb.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko teleqramda yazıb.

O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib.

Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb.

Qeyd edək ki, Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir.