ABŞ müdafiə naziri xəstəxanaya yerləşdirildi

ABŞ müdafiə naziri xəstəxanaya yerləşdirildi
Dünya 06 Yanvar 2024 10:30

ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat yayıb.

“Yanvarın 1-də axşam müdafiə naziri Lloyd Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib”, – məlumatda deyilib.

Pentaqon Ostinin sağalmağa doğru getdiyini və çox güman ki, şənbə günü işə qayıdacağını qeyd edib.