Hokkey üzrə dünya çempionatında bu gün mükafatçılar müəyyənləşəcək

Hokkey üzrə dünya çempionatında bu gün mükafatçılar müəyyənləşəcək
İdman 05 Yanvar 2024 11:45

İsveçdə keçirilən hokkey üzrə gənclər arasında (U-20) dünya çempionatında bu gün mükafatçılar müəyyənləşəcək.

Sitat.info xəbər verir ki, finalda ABŞ və İsveç milliləri üz-üzə gələcək.

Üçüncü yer uğrunda matçda isə Finlandiya və Çexiya yığmaları münasibətləri aydınlaşdıracaqlar.

Qeyd edək ki, hər iki oyun Höteborq şəhərində baş tutacaq.