"Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb

\"Real\" klubu 62 ildən sonra rekordunu təkrarlayıb
İdman 04 Yanvar 2024 14:45

İspaniyanın "Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb.

Sitat.info-nun məlumatına görə, Madrid təmsilçisi cari mövsüm çempionatda 19 oyunda 11 qol buraxmaqla buna nail olub.

Bu, "kral klubu"nun La Liqa tarixindəki ən yaxşı göstəricisinin təkrarıdır.

Komanda 1961/1962 mövsümündə 19 matçda qapısında eyni sayda top görüb və həmin vaxt çempion olmuşdu.

Qeyd edək ki, "Real" hazırda 48 xalla liderdir. İkinci sıradakı "Jirona" da eyni xala malikdir.