Şəmkirdə qətl törədən məhkum tutuldu

Şəmkirdə qətl törədən məhkum tutuldu
HADİSƏ 09 Aprel 2022 10:49

Aprelin 8-də saat 19 radələrində Şəmkirin Qədimqala kəndində qətl törətmiş şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Şəmkir şəhər sakini Samir Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla Daşkəsən sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun münaqişə zəminində S.Abdullayevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.