Putinə rəqib olmaq istəyənlərin sayı artdı

Putinə rəqib olmaq istəyənlərin sayı artdı
Dünya 28 Dekabr 2023 13:40

Rusiya Mərkəzi Seçki Komissiyasına Rusiya prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı 33 müraciət daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.

Onun sözlərinə görə, 9 şəxsin namizədliyini siyasi partiyalar, 24 şəxs isə özü öz namizədliyini irəli sürüb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.