AB sanksiyalarla bağlı soruşanda təəccübləndim - Kılıç

AB sanksiyalarla bağlı soruşanda təəccübləndim - Kılıç
Dünya 28 Dekabr 2023 09:12

Türkiyə və AB-nin Rusiyaya qarşı sanksiyalarla bağlı fərqli fikirləri var.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç deyib.

"Bizim sanksiyalar məsələsində (Rusiyaya qarşı) fərqli mövqelərimiz var. AB sanksiyalarla bağlı sual verəndə mən hətta təəccübləndim və soruşdum: Biz AB-nin üzvü olmuşuqmu? Biz BMT-ni izləyirik. Bununla bağlı tələblərimiz, mövqeyimiz var. Lakin eyni zamanda, biz (Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün) "dolama yol" deyilik”, - Kılıç bildirib.