Türkiyə ordusu 54 terrorçunu məhv edib

Türkiyə ordusu 54 terrorçunu məhv edib
Gündəm 27 Dekabr 2023 16:27

Türkiyə ordusu son 36 saat ərzində 54 terrorçunu məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Terrorçuların son hücumları zamanı 12 türk əsgəri şəhid olub, lakin onların qanı yerdə qalmayıb. Türkiyə dövləti terrora qarşı mübarizəsini qətiyyətli şəkildə davam etdirəcək" - Ərdoğan qeyd edib.