İTV-də seçki ilə bağlı efir vaxtına start veriləcək

İTV-də seçki ilə bağlı efir vaxtına start veriləcək
Gündəm 21 Dekabr 2023 17:35

Gələn həftədən etibarən İctimai Televiziyanın efirində növbədənkənar prezident seçkisi ilə əlaqədar maarifləndirmə xarakterli efir vaxtına start veriləcək.

Sitat.info xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, paralel olaraq MSK nümayəndələri regionlarda dairə seçki komissiyalarının üzvləri üçün təlimlərə cəlb ediləcəklər.