İsrail naziri Qəzzada humanitar fasiləyə qarşıdır

İsrail naziri Qəzzada humanitar fasiləyə qarşıdır
Dünya 20 Dekabr 2023 19:32

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir bəyan edib ki, o, İsrail və HƏMAS arasında əsir mübadiləsi üçün Qəzza zolağında münaqişədə humanitar fasiləyə qarşıdır.

Sitat.info xəbər verir ki, İsrail ilə Həmas arasında məhbus mübadiləsi razılaşmasının əldə edilməsi istiqamətində irəliləyiş olduğu xəbərinin mətbuatda yer almasından sonra Ben-Qvir X sosial media platformasında verdiyi açıqlamada İsraildən Qəzzaya hücumlarını fasiləsiz davam etdirməsini tələb edib.

Ben-Qvir X sosial media platformasında yazıb: "İndi dayanmaq vaxtı deyil, qərar vermək vaxtıdır!"

Seymur Bənnayev

Sitat.info