Çində zəlzələdə ölənlərin sayı 131-ə çatdı
Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı 131-ə, yaralıların sayı isə 980-ə yüksəlib.
Zəlzələnin baş verdiyi Qansuda 155 min evə ziyan dəyib. Evsizlər çadırlara yerləşdirilib, bölgəyə çoxlu yardım materialları göndərilib. Çin hökuməti iki əyalət üçün 100 milyon yuan (təxminən 14,1 milyon dollar) ayırıb.
Zəlzələnin dağıntılara səbəb olduğu və sıfır dərəcənin altında şaxtada dağlıq bölgələrdə axtarış-xilasetmə işləri davam edir.
Ölənlərin sayının daha da artacağı istisna edilmir.
Məğrur,
Sitat.info