Türkiyə ordusu 2 terrorçunu məhv etdi

Türkiyə ordusu 2 terrorçunu məhv etdi
Gündəm 15 Dekabr 2023 14:00

Türkiyə ordusu İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində 2 PKK terrorçusunu zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusu tərəfindən “Pəncə-Kilid” əməliyyatı bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrora və terrorçulara qarşı mübarizəmiz qətiyyətlə davam etdiriləcək”, - məlumatda deyilir.