Qusarda mikroavtobus aşdı: xəsarət alanlar var

Qusarda mikroavtobus aşdı: xəsarət alanlar var
Gündəm 11 Dekabr 2023 17:00

Qusarda sərnişin daşıyan mikroavtobus aşıb.

Sitat.info xəbər verir ki, Qusarda sərnişin daşıyan mikroavtobus Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.