Elmar Məmmədyarov xaricdən iş təklifləri alıb - ÖZÜ AÇIQLADI

Elmar Məmmədyarov xaricdən iş təklifləri alıb - ÖZÜ AÇIQLADI
SİYASƏT 07 Aprel 2022 14:23

keçmiş xarici işlər naziri Elmar Məmmədyarov iş təkliflərindən danışıb.

SİTAT.İNFO xəbər verir ki, sabiq nazir "Unikal"a açıqlamasında bildirib ki, həm ölkəmizdən, həm də xaricdən iş təklifləri alıb.

"Ölkə daxilində bir-iki təklif var idi, maraq kəsb etmədi. Xaricdən də işlə bağlı təkliflər olub, hələ ki, təkliflər barədə düşünürəm. Bu məsələdə tələsmək istəmirəm", - deyə, E.Məmmədyarov qeyd edib.