İsrail minlərlə insanın sığındığı məktəbi vurdu: Çox sayda ölən var

İsrail minlərlə insanın sığındığı məktəbi vurdu: Çox sayda ölən var
Dünya 17 Noyabr 2023 16:52

İsrailin Qəzza zolağının cənubundakı əl-Zeytun məhəlləsində minlərlə məcburi köçkünə ev sahibliyi edən əl-Fələh məktəbini hədəf alan hücumunda çoxlu sayda insan ölüb və yaralanıb.

Sitat.info xəbər verir ki, İsrail ordusunun blokada altındakı Qəzza zolağının intensiv bombardmanları davam edir.

Əl-Cəzirə kanalında yer alan xəbərə görə, Qəzza zolağının cənubundakı əl-Zeytun məhəlləsində minlərlə məcburi köçkünə ev sahibliyi edən əl-Fələh məktəbi vurulub.

Çoxlu insan ölüb və yaralanıb.

Seymur Bənnayev

Sitat.info