İsrail Ordusuna Hizbullahla mümkün müharibəyə hazırlaşmaq tapşırığı verildi
İsrail hərbçilərinə Hizbullahla bağlı istənilən ssenariyə hazırlaşmaq tapşırılıb.
“Hazırda şimalda güclü zərbələr mübadiləsi aparılır. Biz Hizbullahı vururuq, lakin mənim İsrail ordusuna göstərişim ondan ibarətdir ki, istənilən ssenariyə hazır olun”.
Netanyahu həmçinin Livan hərəkatına səslənib, onları bİsraili sınaqdan keçirməməyə çağırıb, əks halda “bir ömür boyu səhv” edəcəklərini qeyd edib.
Daha əvvəl məlum olmuşdu ki, İsrailin rabitə naziri Şlomo Karhi Hizbullah hərəkatı ilə əlaqəli olduğu deyilən Livanın “Al Mayadeen” kanalını ölkədə bloklamaq barədə fərman imzalayıb.
Ayna,
Sitat.info