AB bu gün İrəvan və Bakını müzakirə edəcək

AB bu gün İrəvan və Bakını müzakirə edəcək
Gündəm 13 Noyabr 2023 10:11

Bu gün Brüsseldəki görüşdə AB ölkələrinin xarici işlər nazirləri Qarabağ ətrafındakı vəziyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını, eləcə də AB-nin İrəvana dəstəyini müzakirə edəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə AB-nin yüksək səviyyəli rəsmisi jurnalistlərə bildirib.

Diplomat qeyd edib ki, AB Ermənistandakı müşahidə missiyasını genişləndirə bilər.