BƏƏ Qəzza zolağına 25 ton humanitar yardım göndərib

BƏƏ Qəzza zolağına 25 ton humanitar yardım göndərib
Dünya 09 Noyabr 2023 14:22

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağına çatdırılmaq üçün 25 ton humanitar yardım göndərib.

Sitat.info xəbər verir ki, BƏƏ-nin rəsmi agentliyi WAM-ın xəbərində 25 ton ərzaq, tibbi və müxtəlif yardım materialları daşıyan təyyarənin BƏƏ-dən Misirin Ariş şəhərinə göndərildiyi bildirilib.

Bildirilib ki, yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) koordinasiyası ilə Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzza zolağına çatdırılacaq.

Seymur Bənnayev

Sitat.info