Rusiya MN: Ötən gecə Ukraynanın 24 hərbi obyekti məhv edilib

Rusiya MN: Ötən gecə Ukraynanın 24 hərbi obyekti məhv edilib
SİYASƏT 06 Aprel 2022 11:55

Rusiya Silahlı Qüvvələrinin döyüş aviasiyası ötən gecə ərzində Ukraynanın 24 hərbi obyektini məhv edib.

APA -nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin və raket qoşunlarının operativ-taktiki aviasiyası Ukraynanın 24 hərbi obyektini vurub. Onların arasında Osa-AKM zenit-raket kompleksi, beş logistik anbar, həmçinin 11 dayaq məntəqəsi və Ukrayna qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər var”, - Rusiya MN sözçüsü vurğulayıb.