Ölkədə yeni nazirlik yarana bilər – Təklif

Ölkədə yeni nazirlik yarana bilər – Təklif
Gündəm 27 Oktyabr 2023 12:19

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nazirlik statusu verilməsi təklif olunur.

Sitat.info xəbər verir ki, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

Qurum rəsmisi bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statusu ona müəyyən səlahiyyətlər verməklə aydın müəyyənləşdirilməli və sahəsi üzrə nazirlik statusu almalıdır.