Parisin İrəvana verdiyi sistemlər İsrailə qarşı… - Katler

Parisin İrəvana verdiyi sistemlər İsrailə qarşı… - Katler
Gündəm 24 Oktyabr 2023 11:45

Fransanın hava hücumundan müdafiə sistemi Ermənistan vasitəsilə Rusiyaya göndəriləcək və orada İranla əməkdaşlıq çərçivəsində yenidən qurulacaq.

Sitat.info xəbər verir ki, bu barədə Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler X hesabında yazıb.

Katlerin sözlərinə görə, bu sistemlər yenidən Ukrayna və İsrailə qarşı yerləşdiriləcək:

“Əgər bu məsələyə hər hansı bir şübhəniz varsa, Rusiya sözün əsl mənasında Ermənistanın hava hücumundan müdafiəsinə rəhbərlik edir və bunu onlar üçün idarə edir”.