Ukraynanın İzyum şəhərinin sakinləri zorla Rusiyaya aparılır
Rusiya hərbçiləri Ukraynanın İzyum şəhərindən vətəndaşların məcburi çıxarılmasına başlayıblar. İzyum vətəndaşları zorla Rusiyaya aparılır. Həmçinin təmizləmə tədbirləri həyata keçirilir.
“Report” xəbər verir ki, “RBC-Ukraina” bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən məlumat yayıb.
"Slobojanşinada, İzyum şəhərində düşmən icbari təmizləmə tədbirləri və yerli sakinlərin məcburi olaraq Rusiya Federasiyasının ərazisinə çıxarılmasını həyata keçirir", - Baş Qərargah bildirib.