Əliyevin “böyük Ermənistan xəritəsi”nə reaksiyası - Video

Əliyevin “böyük Ermənistan xəritəsi”nə reaksiyası - Video
SİYASƏT 16 Oktyabr 2023 10:11

Ötən gün Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Siat.info xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində seperatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman maraqlı anlar yaşanıb.

Prezident otaqların birində “böyük Ermənistan xəritəsi”nə rast gəlib və maraqlı reaksiya verib:

“Bunların xəstəliyi bax, budur - dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur”.