İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
SİYASƏT 14 Oktyabr 2023 15:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”in təsdiqləyib.

Sita.info xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla, 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş” təsdiqlənib.