Ərsin Tatar İlham Əliyevi təbrik etdi

Ərsin Tatar İlham Əliyevi təbrik etdi
Gündəm 14 Oktyabr 2023 12:00

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Sitat.info xəbər verir ki, o, təbrikini oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

Ə.Tatar həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.