Bu hərbi qulluqçuların maaşlarına dəyişiklik edildi

Bu hərbi qulluqçuların maaşlarına dəyişiklik edildi
Gündəm 06 Oktyabr 2023 14:30

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının maaşlarına dəyişiklik edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 106 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.