Almaniya bu silahı Kiyevə verməlidir - Uolles

Almaniya bu silahı Kiyevə verməlidir - Uolles
Gündəm 06 Oktyabr 2023 13:50

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Almaniyanı “Taurus” qanadlı raketlərinin Ukraynaya tədarükünün qarşısını almamağa çağırıb.

Sitat.info xəbər verir ki, Uolles bu barədə X sosial şəbəkə hesabında yazıb.

“Rusiya hər dəfə mülki şəxslərə hücum etdikdə və Ukraynada mülki infrastrukturu hədəfə alaraq beynəlxalq hüququ pozduqda, müvafiq cavab tələb olunur. Bunu “Starstreak” və “Storm” raketləri ilə etdik. İndi Almaniya “Taurus” raket sistemlərini Ukraynaya göndərməli, Böyük Britaniya və Fransaya qoşulmalıdır”, - o qeyd edib.