Yük maşını dərəyə aşdı: ölənlər var

Yük maşını dərəyə aşdı: ölənlər var
Gündəm 28 Sentyabr 2023 09:15

Şəmkir rayon Qapanlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sitat.info xəbər verir ki, kiçiktutumlu yük maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə 2 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.