Göyçayda yaşayış evində yanğın olub, xəsarət alan var

Göyçayda yaşayış evində yanğın olub, xəsarət alan var
HADİSƏ 02 Aprel 2022 22:30

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 m² olan kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları 114 m² sahədə yanıb.

Bu barədə Report Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.