Hacıqabulda avtomobil aşdı, 5 nəfər yaralandı

Hacıqabulda avtomobil aşdı, 5 nəfər yaralandı
HADİSƏ 18 Sentyabr 2023 09:40

Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, VAZ-21011 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Ucar rayonunun Qazıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Məmmədova Kəmalə Kamal qızı, 1993-cü il təvəllüdlü Məmmədov Sakit Qorxmaz oğlu, 2000-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlu, 2020-ci il təvəllüdlü Əliyev Qorxmaz Sakit oğlu və 2002-ci il təvəllüdlü Əliyeva İlahə Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.